Çoxmərtəbəli binada yanğın: 1 nəfər tüstüdən zəhərləndi

Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 75 m² olan 2 otaqlı mənzilin mətbəxində tavan 6 m² sahədə, mebel 4 m² sahədə, 1 ədəd qapı və 4 ədəd məişət avadanlığı yanıb
Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 75 m² olan 2 otaqlı mənzilin mətbəxində tavan 6 m² sahədə, mebel 4 m² sahədə, 1 ədəd qapı və 4 ədəd məişət avadanlığı yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 8 nəfər bina sakini tüstülənmiş mənzillərdən təxliyə olunub və 1 nəfər tüstüdən zəhərlənmiş halda təcili tibbi yardım briqadasına təhvil verilib. Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

ÖNCEKİ HABER

Azərbaycan ağırlıqqaldıranı Avropa çempionu oldu

SONRAKİ HABER

Türkiyə-Azərbaycan Universiteti yaradılır