“İnteraz”ın rəhbərinin cinayət işi məhkəməyə GÖNDƏRİLDİ

SalamNews” informasiya agentliyi və “İnteraz”ın rəhbəri Mətləb Bağırovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb

"SalamNews” informasiya agentliyi və “İnteraz”ın rəhbəri Mətləb Bağırovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılıması üçün hakim Leyla Əsgərova-Məmmədovanın icraatına verilib

Məhkəmənin hazırlıq iclası fevralın 26-na təyin edilib.

Qeyd edək ki, Hacı Mətləb kimi tanınan Mətləb Bağırov İranın Qum şəhərində və Suriyada dini təhsil alıb.

O, ötən il yanvarın 30-da həbs olunub. Cinayət işi üzrə zərərçəkmiş qismində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tanınıb.

Ona qarşı vergidən yayınmaqda, qaçaqmalçılıqda, narkotik vasitələrin dövriyyəsində və digər bu kimi cinayətlərlə bağlı ittiham verilib.(APA)
ÖNCEKİ HABER

Tuhel və Kimmix arasında gərginlik

SONRAKİ HABER

“Kristal Abşeron“ şirkəti bataqlıqda bina tikir - VİDEO