• 19 Eylül 2024 Perşembe

Parlamentdə iki köməkçi vəzifədən azad edildi

Milli Məclis sədri Sahibə Qafarovanın köməkçisi vəzifəsindən azad edilib.

ÜMİDTV.com:    Spikerin köməkçilərindən biri Aydın Cəfərov vəzifəsindən çıxarılıb.

Hələlik onun yerinə təyinat olmayıb.

Qeyd edək ki, A.Cəfərov həm də Milli Məclisin MDB Parlament Assambleyasındakı nümayəndəsi idi.

Bununla da spikerin köməkçilərinin sayı üç olub.

Parlamentdəki struktur islahatları çərçivəsində Milli Məclis sədrinin birinci müavininin köməkçisi Kəmalə Əzimova da işindən çıxarılıb. Onun yerinə Bəhruz Seyidəhmədli təyin olunub.

ÖNCEKİ HABER

“Azərbaycan nefti olmadan Böyük Vətən Müharibəsində SSRİ-nin qələbəsi mümkün olmazdı”-Prezident İlham Əliyev

SONRAKİ HABER

İlham Əliyev və Mehriban Əliyeva modul tipli ilk xəstəxana kompleksinin açılışında iştirak edib.