• 19 Eylül 2024 Perşembe

Kamil Zeynallı haqqında həbs qətimkan tədbiri seçilibmiş - Ermənistan DİN

“Ermənistan Daxili İşlər Nazirliyi Ermənistan tərəfindən beynəlxalq axtarışa verilmiş azərbaycanlı Kamil Zeynallı ilə bağlı Rusiyadan rəsmi məktub alıb
“Ermənistan Daxili İşlər Nazirliyi Ermənistan tərəfindən beynəlxalq axtarışa verilmiş azərbaycanlı Kamil Zeynallı ilə bağlı Rusiyadan rəsmi məktub alıb. Daxili İşlər Nazirliyi Zeynallının Ermənistan tərəfindən beynəlxalq axtarışa verildiyini təsdiqləyib. Mühafizəli həbs tədbiri olmalıdır”.

Bunu Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan deyib.

O qeyd edib ki, fevralın 21-də günortadan sonra Rusiya Federasiyasından axtarışda olan şəxsin tapılması barədə rəsmi məktub daxil olub. Məktubda axtarış faktının təsdiqlənməsi xahiş olunurdu. Bölmə dərhal həmin şəxsin beynəlxalq axtarışda olduğunu təsdiqləyib və bildirilib ki, onun barəsində həbs-qətimkan tədbiri seçilməlidir. Axtarışda olan şəxsin sərbəst buraxılması barədə məlumatın olmasına baxmayaraq, Ermənistan Daxili İşlər Nazirliyi ekstradisiya protokolunda nəzərdə tutulmuş sənədlər paketi hazırlayıb. Paket Rusiya hüquq-mühafizə orqanlarına təhvil verilməsi və aparılması üçün Ermənistan Baş Prokurorluğuna veriləcək”.

Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan Armenpress-ə bildirib ki, Zeynallı qətldə ittiham olunaraq beynəlxalq axtarışa verilib.
ÖNCEKİ HABER

DOST Agentliyinin “QARTAL SS” MMC ilə bağladığı müqavilənin qiyməti nə qədər şişirdilib

SONRAKİ HABER

Müəllimlərin əmək haqları nə qədər artacaq?