• 19 Eylül 2024 Perşembe

Muğanlı-İsmayıllı-Qəbələ yolu nə vaxt istifadəyə veriləcək?

 “Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun yenidən qurulması 2025-ci ilin yazında tamamlanacaq”
 

“Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun yenidən qurulması 2025-ci ilin yazında tamamlanacaq”.

Bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə heyətinin sədri Saleh Məmmədov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırda qeyd olunan layihə üzrə işlər davam etdirilir və gələn ilin mart ayına qədər yekunlaşdırılacaq.

“Muğanlı dairəsindən Qəbələ istiqamətində olan dörd hərəkət zolaqlı yol istismara veriləcək”, - Saleh Məmmədov qeyd edib.
ÖNCEKİ HABER

AĞDAŞDA "EKOLOJİ TERROR" - Sakinlərin şikayətinə baxan yoxdur / Fotolar

SONRAKİ HABER

“Sarıqaya” düşərgəsində nə baş verir? – “Siz bura yamaqsınız”