• 19 Eylül 2024 Perşembe

Laçında azan hərbçimizi Ermənistan MTX saxladı

Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusunun əsgəri Pənahov Ruslan Eldəniz oğlu Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən azıb

Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusunun əsgəri Pənahov Ruslan Eldəniz oğlu Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən azıb.

 Arazmedia.az xəbər verir ki, adıçəkilən hərbçimiz bu gün səhər 5:15-də bilmədən Ermənistan tərəfinə keçib. 

Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) Azərbaycan Ordusunun hərbçisinin Teg kəndi istiqamətndə saxlanılması barədə məlumatı təsdiqləyib.

Hərbçimizə qarşı Ermənistan İstintaq Komitəsi tərəfindən cinayət işi başlanıb. 

Mənbə: Laçında azan hərbçimizi Ermənistan MTX saxladı

ÖNCEKİ HABER

Əsgərimiz əlverişsiz hava şəraitində hərəkət istiqamətini itirərək azıb

SONRAKİ HABER

Şəhid adına olan küçədə, palçıq qurşağa çıxır-İDDİA