• 19 Eylül 2024 Perşembe

Dövlətin verdiyi pullar Özəl xəstəxanaları niyə qane etmir-İddia

Bu günlərdə cəmiyyəti narahat edən bir məsələni araşdırmaq istədik

Bu günlərdə cəmiyyəti narahat edən bir məsələni araşdırmaq istədik.

Söhbət İcbari Tibbi Sığorta ilə əməliyyatdan gedir. Bu məqsədlə bir çox özəl xəstəxanalara tibbi göndəriş aldıq. Eşitdiklərimiz dəhşət idi. Bu dövlətdən necə gəldi yararlanan özəl xəstəxanalarda qiymətlər “əl yandırırdı”.

Deməli, əməkdaşımızı qəbul edən özəl xəstəxanaların əməkdaşları elə ilk söhbətdə, “icbari az pul ödəyir bizə, sərf etmir bizə, əməliyyat pulunun bir hissəsini siz ödəməlisiniz” və sairə xoşagəlməz ifadələr işlədərək, insanları mənəvi cəhətdən “sındırırlar”.

Görəsən, hökumət hansı zərurətdən bu İcbari Tibbi Sığorta üzrə Dövləy Agentliyini yaradıb? Götəsən, tibbi sığorta ilə müalicə həkimləri qane etmirsə, bəs nə üçün sözü gedən qurumdan pul alırlar? Görəsən, ölkə rəhbərliyinin bundan xəbəri varmı? Görəsən, bəh-bəhlə Milli Məclisdə icbari tibbi sığortanı və insanlara xidməti səsverməyə çıxaran deputatlar nə düşünürlər?

O zaman nə üçün imtina etmirlər gələn pulardan? Axı, sərf etmirsə yuxarı orqanlar qarşısında məsələ qaldırılmalı idi ki, ya pulu artırın, ya da bizə xeyir gətirmədiyi üçün, həmin pulu istəmirik. ƏLakin məlumata görə, özəl xəstəxanalarin bir çoxunun İcbari Tibbi Sığorta ilə müqavilələri var…

Məsələ layiqli həllini tapanadək gündəmdə saxlanılacaq.

Arazmedia.az

Mənbə: Dövlətin verdiyi pullar Özəl xəstəxanaları niyə qane etmir-İddia

ÖNCEKİ HABER

Bu gün Od çərşənbəsidir

SONRAKİ HABER

Əsgərimiz əlverişsiz hava şəraitində hərəkət istiqamətini itirərək azıb