• 19 Eylül 2024 Perşembe

“Gərgin və çətin oyun alındı” – Xabi Alonso

“Gərgin və çətin qarşılaşma oldu

Gərgin və çətin qarşılaşma oldu. İlk hissədəki nəticə yaxşı deyildi”.

Arazmedia.az xəbər verir ki, bunu Almaniyanın “Bayer 04” komandasının baş məşqçisi Xabi Alonso Bakıda “Qarabağ”la 2:2 hesablı heç-heçə etdikləri Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis cavab matçında səhvləri təkrarlamamağa çalışacaqlarını bildirib: “Sabahdan Bundesliqanı fikirləşə bilərik”.

Alonso “Qarabağ”ın güclü kollektiv olduğunu söyləyib: “Növbəti həftə nə olacağını bilmirik. 90 dəqiqəni nəzərə alsaq, rəqibə nisbətən bizim bəxtimiz gətirdi”.

O, “köhlən atlar”ın Avropada təcrübəyə malik olduğunu vurğulayıb: “Azərbaycan futbolu deyəndə ağlıma “Qarabağ” gəlir. Onlar uzun müddət avrokubokda çıxış edirlər. Çempionlar Liqasında “Atletiko” ilə matçlarını izləmişdim. Bu komandada baş məşqçi işi görünür”.

Mənbə: “Gərgin və çətin oyun alındı” – Xabi Alonso

ÖNCEKİ HABER

“Qarabağ” “Bayer”lə matçda heç-heçə etdi

SONRAKİ HABER

Bu gün əsl futbol ab-havası var idi – Qurban Qurbanov