• 19 Eylül 2024 Perşembe

Ələt-Bakı sürət qatarının açılması təklif olunur

Ələt-Bakı-Ələt sürət qatarı lazımdır

Ələt-Bakı-Ələt sürət qatarı lazımdır. Ələtdən Bakıya yollar hazırdır, dayanacaqlar var. Xahiş edirəm bu məsələyə baxılsın”.

Arazmedia.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Aydın Hüseynov deyib.

Deputat qeyd edib ki, bununla bağlı Nazirlər Kabinetinə müraciət olunub: “Cavab bizə belə oldu ki, bu məsələ Bakı ətrafı ərazilərə stansiyalar tikiləndə baxılacaq. Amma Ələt istiqamətində infrastruktur hazırdır. Buzovnaya bu infrastruktur çəkilməlidir, amma Ələtə bu xətt var”.

Mənbə: Ələt-Bakı sürət qatarının açılması təklif olunur

ÖNCEKİ HABER

Bu verilişlərə görə televiziya rəhbərləri Prezident Administrasiyasına çağırıldı

SONRAKİ HABER

Azərbaycanda Ramazan ayı başlayıb