Ermənilər Şərur və Babək rayonlarını atəşə tutdular: BU TERRORÇULARIN KÖKÜ KƏSİLƏCƏKMİ ?!

Ermənilər Şərur və Babək rayonlarını atəşə tutdular: BU TERRORÇULARIN KÖKÜ KƏSİLƏCƏKMİ ?!

ÜMİDTV.com:       Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 46 dəfə pozub.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Ermənistan Respublikası Berd rayonunun Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam və Koxanəbi kəndlərində, Yeğeqnadzor rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt kəndində, Vayk rayonunun Xndzorud kəndində yerləşən mövqelərdən Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yuxarı Buzqov kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Xocəvənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz kəndləri yaxınlığında, həmçinin Tərtər, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

 
 
ÖNCEKİ HABER

Prezident İlham Əliyevlə xanımı UNEC-in 3 saylı korpusunda

SONRAKİ HABER

Prezident İlham Əliyev SƏRƏNCAM İMZALADI