• 19 Eylül 2024 Perşembe

Şəkidən Bakıya külli miqdarda narkotik gətirmək istəyən kuryer saxlanıldı

Şəki Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə xaricdə yaşayan narkotacirlər tərəfindən ölkəyə göndərilən külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsinin qarşısı alınıb

Şəki Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə xaricdə yaşayan narkotacirlər tərəfindən ölkəyə göndərilən külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsinin qarşısı alınıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Arazmedia.az-a bildirilib ki, tədbirlər nəticəsində Şəmkir rayon sakini, əvvəllər də soyğunçuluq və Rusiya Federasiyasında oğurluğa görə dəfələrlə məhkum olunmuş Şirxan Muxtarov saxlanılıb. Ondan 7 kiloqram marixuana, 600 qram heroin, yarım kiloqram psixotrop maddə metamfetamin və 120 ədəd metadon həbi aşkar edilib.

Araşdırmalar zamanı Şirxan Muxtarovun Şəki rayonuna gələrək burada gizlədilən narkotik vasitələri pul qarşılığında Bakı şəhərinə aparmağa razılaşdığı məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Mənbə: Şəkidən Bakıya külli miqdarda narkotik gətirmək istəyən kuryer saxlanıldı

ÖNCEKİ HABER

Bakının bu yollarında tıxac var – SİYAHI

SONRAKİ HABER

Lənkəranda yanğın olub