• 19 Eylül 2024 Perşembe

Əlabbas Salahzadə : Göstərilən diqqətə görə Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevə sonsuz minnətdarlığımı bildirirəm!

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı və vəsiqəsi ilə təltif edildiyim üçün həqiqətən də böyük qürur hissi duyuram
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı və vəsiqəsi ilə təltif edildiyim üçün həqiqətən də böyük qürur hissi duyuram.
Göstərilən diqqətə görə Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevə sonsuz minnətdarlığımı bildirirəm!

Əliabbas Salahzadə layiq görüldüyü mükafata görə dövlət başçısına minnətdarlığını ifadə edərək bu sözləri deyib: “Bu gün Azərbaycan Prezidenti xalqımızın və dövlətimizin ən yeni tarixinin ən şərəfli səhifələrini yazır və hər bir azərbaycanlının bu tarixin kiçik bir parçası olmaq istəyi, arzusu anlaşılandır. Birmənalı olaraq deməliyəm ki, cənab Prezident İlham Əliyevin Sərəncamına əsasən Ulu Öndərimizin adı ilə bağlı olan medalla təltif olunmağım mənim üçün böyük şərəfdir. Bu mükafat fəaliyyətimə verilən yüksək dəyərin göztəricisidir və mən, bu təltifə görə möhtərəm dövlət başçımıza sonsuz minnətdarlığımı bildirirəm”.

Öz növbəmizdə, Guunxeberi.az  saytının redaksiya heyəti olaraq, biz də Milli Məclisin deputatı, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin, eləcə də Regional məsələlər komitəsinin üzvü, Azərbaycan–Cibuti parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Əliabbas Salahzadəni bu yüksək mükafata layiq görülməsi münasibətilə ürəkdən təbrik edirik, hörmətli deputatımıza bundan sonrakı fəaliyyətində də yeni-yeni uğurlar diləyirik!

Gununxeberi.az 
ÖNCEKİ HABER

Müsəlman Ağsaqqalları Şurasının Baş katibi ilə görüş keçirilib

SONRAKİ HABER

Abşeron rayonunda iftar süfrəsi açılıb -Fotolar