Nazirlik AzTV-nin əməkdaşının öldüyü qəza ilə bağlı MƏLUMAT YAYDI

Nazirlik AzTV-nin əməkdaşının öldüyü qəza ilə bağlı MƏLUMAT YAYDI

ÜMİDTV.com:       Daxili İşlər Nazirliyi Azərbaycan Televiziyasının (AzTV) əməkdaşının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, sentyabrın 2-də saat 18 radələrində Səbail rayonunun Parlament prospektində Bakı şəhər sakini S.Abdullayev idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən Qəbələ rayon sakini Sərxan Məmmədovu vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Səbail Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, S. Abdullayev Azərbaycan Televiziyasının (AzTV) operatoru olub.

ÖNCEKİ HABER

Prezident İlham Əliyev Bakıda orta məktəbin yeni korpusunun açılışında iştirak edib

SONRAKİ HABER

Prezident İlham Əliyevlə xanımı UNEC-in 3 saylı korpusunda