• 19 Eylül 2024 Perşembe

Ağdamda detonator partladı – ANAMA əməkdaşı yaralandı

Ağdamda detonator partlayışı hadisəsi baş verib

Ağdamda detonator partlayışı hadisəsi baş verib.

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən Arazmedia.az-a verilən məlumata görə, 2024-cü il 6 aprel tarixində işğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində detonator partlayışı hadisəsi baş verib.

Agentliyin əməkdaşı 2000-ci il təvəllüdlü Piriyev Anar Mürşüd oğlu xidməti vəzifəsini yerinə yetirərkən aliminium gövdəli kiçik ölçülü detonatorun işə düşməsi nəticəsində əl və ayaq nahiyəsindən yüngül xəsarətlər alıb.

Xəsarət alan əməkdaş müayinə olunmaq üçün rayon xəstəxanasına çatdırılıb. Həyatı təhlükəsi və ciddi xəsarəti yoxdur.

Mənbə: Ağdamda detonator partladı – ANAMA əməkdaşı yaralandı

ÖNCEKİ HABER

Finlandiya öz ordusunu Ukraynaya göndərə bilər

SONRAKİ HABER

Bu alkoqollu içkilərin satışının qarşısı alınacaq