• 19 Eylül 2024 Perşembe

Ali Məhkəmənin yeni hakimləri kollektivə təqdim olundu (FOTO)

  Bu gün Ali Məhkəməyə yeni təyin edilən hakimlər - Aida Hüseyn və Teyyub Muxtarov kollektivə təqdim olunub
Ali Məhkəmənin yeni hakimləri kollektivə təqdim olundu (FOTO)

 

Bu gün Ali Məhkəməyə yeni təyin edilən hakimlər - Aida Hüseyn və Teyyub Muxtarov kollektivə təqdim olunub.

Trend xəbər verir ki, təqdimetmə mərasimində çıxış edən Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov hər iki hakimi təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Bildirilib ki, ölkəmizdə müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması istiqamətində aparılan məhkəmə-hüquq islahatları hakimlərin üzərinə böyük məsuliyyət qoyur.

 

Bu baxımdan hər bir hakim müstəqil və ədalətli olmalı, şəffaf fəaliyyət göstərməli, cəmiyyətin məhkəmələrə olan inamının artmasına çalışmalıdır. Yeni hakimlərin təcrübəli və peşəkar fəaliyyətləri ilə məhkəmə sisteminə mühüm töhfə verəcəyinə əminlik ifadə olunub.

Sonra yeni hakimlər çıxış edərək onlara göstərilən yüksək etimadı layiqincə doğrultmağa çalışacaqlarını vurğulayıblar.

ÖNCEKİ HABER

Milli Kitabxanada "Xalq yazıçısı Çingiz Abdullayev" adlı kitab sərgisi açılıb - FOTO

SONRAKİ HABER

Azərbaycan XİN-dən Ermənistana CAVAB