• 19 Eylül 2024 Perşembe

BMT Təhlükəsizlik Şurası Fələstinlə bağlı iclas keçirəcək

BMT Təhlükəsizlik Şurası aprelin 8-də Fələstinin dünya təşkilatına daimi üzv qəbul edilməsi ilə bağlı qapalı iclas keçirəcək

BMT Təhlükəsizlik Şurası aprelin 8-də Fələstinin dünya təşkilatına daimi üzv qəbul edilməsi ilə bağlı qapalı iclas keçirəcək.

Arazmedia.az xəbər verir ki, bu barədə aprel ayında Təhlükəsizlik Şurasının sədri vəzifəsini icra edən Maltanın BMT yanında Daimi Nümayəndəliyi məlumat yayıb.

Fələstin BMT-də daimi müşahidəçi statusuna malikdir. 2011-ci ildə Fələstin hakimiyyəti dünya təşkilatına daimi üzv olmaq üçün müraciət etsə də, sonradan ölkə bir müddət daimi müşahidəçi kimi qalmaq qərarına gəlib.

Mənbə: BMT Təhlükəsizlik Şurası Fələstinlə bağlı iclas keçirəcək

ÖNCEKİ HABER

Millimiz Bolqarıstana uduzdu

SONRAKİ HABER

Suriyada terror aktında 7 uşaq ölüb