• 19 Eylül 2024 Perşembe

“Bayer” qalib gəldi, “Bavariya” uduzdu

Almaniya Bundesliqasının 28-ci turunda “Union Berlin” lider “Bayer 04” (Leverkuzen) klubunu qəbul edib

Almaniya Bundesliqasının 28-ci turunda “Union Berlin” lider “Bayer 04” (Leverkuzen) klubunu qəbul edib.

Arazmedia.az xəbər verir ki, matç lider “Bayer 04”in 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Xabi Alonsunun komandası həm də məğlubiyyətsiz oyunlar seriyasını 41-ə (bütün turnirlərdə) çatdıraraq öz rekordunu yeniləyib.

Bu qələbə ilə xalını 76-ya (28 oyun) çatdıran “Bayer” turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb. Komanda “Heydanhaym”a 2:3 hesabı ilə uduzan “Bavariya” ilə xal fərqini 16-ya yüksəldib.

Münhen təmsilçisi 60 xalla (28 oyun) 2-ci, “Ştutqart” 57 xalla (27 oyun) 3-cüdür. 

Mənbə: “Bayer” qalib gəldi, “Bavariya” uduzdu

ÖNCEKİ HABER

Ramazanın 28-ci gününün duası – İmsak və iftar vaxtı

SONRAKİ HABER

Azərbaycanda 24 yaşlı qadını əqrəb sancdı