• 19 Eylül 2024 Perşembe

Respublika Gənclər Kitabxanasında Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr edilmiş silsilə tədbirlər davam edir

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanın çoxəsrlik zəngin keçmişində layiqli yer tutmuş, ictimai-siyasi və elmi-mədəni həyatında özünəməxsus rol oynamış, Azərbaycanın ayrılmaz gözəl diyarı olan Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanın çoxəsrlik zəngin keçmişində layiqli yer tutmuş, ictimai-siyasi və elmi-mədəni həyatında özünəməxsus rol oynamış, Azərbaycanın ayrılmaz gözəl diyarı olan Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında sərəncamdan irəli gələn tədbirlərin icrası məqsədilə həyata keçirilən “Naxçıvan – 100 illik şanlı tarix” layihəsi çərçivəsində tədbirlər davam edir. Kitabxana əməkdaşları tərəfindən “Naxçıvan Muxtar Respublikası - 100” adlı təqvim hazırlanıb. Təqvimin hazırlanmasında əsas məqsəd Azərbaycanın çoxəsrlik zəngin keçmişində layiqli yer tutmuş, ictimai-siyasi və elmi-mədəni həyatında özünəməxsus rol oynamış Naxçıvan diyarı haqqında məlumatların geniş oxucu kütləsi arasında təbliğidir. Silsilə xarakterli olması planlaşdırılan təqvimin birinci buraxılışı ulu diyar Naxçıvanın dini, elmi, mədəni, tarixi-memarlıq nümunələrinə, folkloruna, milli geyim, musiqi alətlərinə, rəqs, mətbəx nümunələrinə həsr edilmişdir. Təqvimdə sözügüdən mövzuları əhatə edən yazı materialları və foto görüntülər təqdim edilir. Məhdud sayda çap edilməsi nəzərdə tutulan təqvimin ikinci hissəsinin Naxçıvan diyarının görkəmli şəxsiyyətlərinə həsr edilməsi planlaşdırılır.

Respublika Gənclər Kitabxanasının rəsmi saytında  özündə dövrü mətbuat səhifələrində Naxçıvan Muxtar Respublikasından bəhs edən məqalələri cəmləyən “Naxçıvan - 100” rubrikası yaradılmışdır. Yaradıldığı qısa müddət ərzində bölmədə 30-dan çox məqalənin tam mətni yerləşdirilib. Bölmədə “Azərbaycan”, “Xalq qəzeti”, “Respublika”, “İki sahil”, “Ədəbiyyat”, “525-ci qəzet” kimi aparıcı mətbuat orqanlarının səhifələrində dərc edilən  “Heydər Əliyev: milli dövlət quruculuğunun Naxçıvan mərhələsi”, “Cahanın Nəqşi - Naxçıvan səyyah və coğrafiyaşünasların gözü ilə...”, “Qədim türk yurdu – Azərbaycanın ayrılmaz hissəsi”, “Möhtəşəm minilliklərin şanlı 100 ili”, “Şərqdən doğan Günəşə boylanan diyar” kimi məqalələrin tam mətni təqdim edilir.. 

                Naxçıvan Muxtar Respublikasının 100 illiyi ilə əlaqədar həyata keçirilən tədbirlər kitabxanın rəsmi saytında https://ryl.az/our-activity/naxcivan-muxtar-respublikasi-100-teqvimi-i-hisse

https://ryl.az/activity/Naxchivan?page=1  yerləşdirilib.  

Gununxeberi.az 

ÖNCEKİ HABER

Konqo ilə Azərbaycan arasında güclü dostluq əlaqələri yaradılacaqdır

SONRAKİ HABER

Qırğızıstan cinayətkar qrupun 5 üzvünü Azərbaycana təhvil verdi