Xarici siyasətimizin əsas istiqamətləri: Qarşılıqlı etimad və əməkdaşlıq

         “Azərbaycan xalqı xoşbəxt xalqdır ki, ölkəmizin müasir tarixinin qısa bir dövründə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə  müstəqil dövlətini qurdu və Prezident İlham Əliyevin  liderliyi ilə tarixi qələbələrə imza ataraq güclü, suveren və müstəqil Azərbaycanımızın firavan gələcəyinə doğru zəfər yolunu inamla davam etdirir

   

   








  “Azərbaycan xalqı xoşbəxt xalqdır ki, ölkəmizin müasir tarixinin qısa bir dövründə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə  müstəqil dövlətini qurdu və Prezident İlham Əliyevin  liderliyi ilə tarixi qələbələrə imza ataraq güclü, suveren və müstəqil Azərbaycanımızın firavan gələcəyinə doğru zəfər yolunu inamla davam etdirir. Dövlət başçısı  İlham Əliyevin 20 ildən artıq Prezidentliyi dövrü çoxəsrlik milli dövlətçilik tariximizə bənzəri olmayan qızıl dövr kimi yazıldı, əsrlərlə  ağır məhrumiyyətlərə məruz qalmış, amma öz qürurunu və milli dövlətçilik ənənələrini qoruyub saxlamış Azərbaycan xalqının həyatında möhtəşəm  qələbələr, misli görünməmiş yüksəliş və tərəqqi illəri oldu. Cənab İlham Əliyev Ümummilli Liderin siyasi kursunu uğurla  davam etdirərək və yaradılan möhkəm təmələ əsaslanaraq dövlətimizi strateji hədəflərə doğru uğurla aparır. Onun müəyyənləşdirdiyi yol xəritəsi güclü iqtisadi potensialın formalaşdırılmasına, müasir cəmiyyət quruculuğuna, qarşıya qoyulmuş bütün vəzifələri yerinə yetirmək qüdrətində olan Silahlı Qüvvələrin yaradılmasına, beynəlxalq aləmlə bərabərhüquqlu, qarşılıqlı etimada və əməkdaşlığa əsaslanan əlaqələrin inkişaf etdirilməsinə və bütün bunların son hədəfi kimi Azərbaycanın müstəqil siyasətinə, ərazi bütövlüyünün və suverenliyinin bərpasını hədəfləndi. Bugünümüzün reallıqları fonunda əminliklə qeyd edirik ki, Azərbaycan bu hədəflərə yüksək səviyyədə nail olub. Ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsi ilə Azərbaycanın həyatında yeni dövr başlayıb. Bugünkü reallıqlar, eyni zamanda, bizləri 11 aprel 2018-ci il tarixində keçirilən  prezident seçkilərində cənab İlham Əliyevin inamlı qələbəsindən sonra andiçmə mərasimində qarşıya qoyduğu vəzifələri yada salır. Cənab İlham Əliyev həmin andiçmə mərasimində 2003-2018-ci illərdə qazanılan  uğurlar əsasında bu hədəfi açıqladı ki, Azərbaycanı daha da qüdrətli ölkəyə çevirəcəyik. Həm beynəlxalq məsələlərlə, həm bölgələrimizin möhkəmləndirilməsi, siyasi-iqtisadi islahatların dərinləşməsi, sosial siyasət, ordu quruculuğu ilə bağlı  konkret proqramlarımız var. Güclü siyasi iradə, böyük maliyyə resurslarımız var. Xalq-iqtidar birliyi var. Hamımız gələcəyə çox böyük nikbinliklə baxırıq. Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar.”

ÖNCEKİ HABER

İqtisadi Şuranın növbəti iclası keçirildi: Nazirlər məruzə etdilər - FOTO

SONRAKİ HABER

İlham Əliyev Gəncəyə getdi