• 19 Eylül 2024 Perşembe

Sabahdan Ramazan tətili başlayır

    Sabahdan müsəlman aləmi üçün müqəddəs sayılan Ramazan bayramı günləri başlayır
sabahdan-ramazan-tetili-baslayir

 

Sabahdan müsəlman aləmi üçün müqəddəs sayılan Ramazan bayramı günləri başlayır.

“Gununxeberi.az ” Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) açıqladığı rəsmi məlumata əsasən xəbər verir ki, Ramazan bayramı 10 aprel tarixində qeyd ediləcək.

 
 Bu məqsədlə də Baş nazir Əli Əsədovun Qərarı ilə Ramazan bayramında ardıcıl 5 qeyri-iş günü olacaq.

Belə ki, Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə aprelin 12-si həftənin cümə gününə təsadüf etdiyindən aprelin 6-sı şənbə günü ilə yerləri dəyişdirilib. Aprelin 12-si qeyri-iş günü, aprelin 6-sı isə rəsmi iş günü elan edilib.

Bu da o deməkdir ki, ardıcıl 5 gün - aprelin 10,11,12,13 və 14-ü iş olmayacaq. Aprelin 15-dən ölkə ərazisində rəsmi iş günüdür.

 

 
 
ÖNCEKİ HABER

Muxtar Babayev tacikistanlı səfirlə görüşdü

SONRAKİ HABER

“AzerGold” QSC Daşkəsəndə aztəminatlı ailələrə Ramazan sovqatı təqdim edib - FOTOLAR