Zərifə Əliyeva: Kimsəsiz uşaqlara qayğı

  “Oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olmuş akademik Zərifə Əliyevanın şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı, alimi və həkimi üçün yüksək mənəviyyat nümunəsi, kamillik məktəbidir

 

“Oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olmuş akademik Zərifə Əliyevanın şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı, alimi və həkimi üçün yüksək mənəviyyat nümunəsi, kamillik məktəbidir. Zərifə xanım 1923-cü ildə Naxçıvanın Şərur rayonunun Şahtaxtı kəndində, görkəmli ictimai və dövlət xadimi Əziz Əliyevin ailəsində dünyaya göz açıb. 1942-ci ildə orta məktəbi bitirdikdən sonra gələcək taleyini tibb elminə həsr etməyi qarşısına məqsəd qoyan Zərifə xanım Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olur və 1947-ci ildə institutu əla qiymətlərlə bitirir. 1949-cu ildən başlayaraq Zərifə Əliyeva Azərbaycan Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayır, 1950-ci ildə isə aspiranturaya daxil olur, praktik əməli həkim fəaliyyəti ilə yanaşı elmi axtarışlarını davam etdirir. Məhz həmin illərdə Azərbaycanda gözü zədələyən və ağır nəticəyə, hətta tam korluğa səbəb olan traxoma infeksion xəstəliyi geniş yayılmışdı. Ona qarşı təsirli müalicə üsulları isə yox idi. Ona görə də bu infeksiya və onun ağır nəticələri ilə effektiv mübarizə təkcə oftalmologiya elmi üçün deyil, bütövlükdə respublikanın səhiyyəsi üçün mühüm əhəmiyyət daşıyırdı. 

Elə insanlar vardır ki, tarix onları unutmur, hər zaman xalqın qəlbinə yaşayırlar. Ona görə ki, onlar öz həyatlarını elə bir sahəyə həsr edirlər ki, dünyadan köçsələr də, gələcək nəsillər onların fəaliyyətindən bəhrələnir. Dünya şöhrətli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyeva da bu cür insanlar sırasındadır. Azərbaycan tibb elminin inkişafında müstəsna xidmətlər göstərmiş Zərifə Əliyevanın elmi fəaliyyəti bu gün də tədqiq edilir və göz xəstəliklərinin müalicəsinə böyük faydalar verir.

Zərifə xanım Əliyeva uşaq evlərində tərbiyə alan kimsəsiz uşaqlar arasında yayılan traxoma xəstəliyinin qarşısını almaqda xüsusi xidmət göstərib.Böyük alim yalnız çalışdığı institutda fəaliyyət göstərməklə kifayətlənmirdi,o,respublikanın şəhər və rayonlarını bir-bir gəzərək xəstəliyinyaranma səbəblərini araşdırıb və xəstəlik ocaqlarında kompleks şəkildə müalicə-profilaktik tədbirləri həyata keçirirdi.

Qeyd etmək lazımdır ki, Zərifə xanım Əliyeva uşaq evlərində tərbiyə alan kimsəsiz uşaqlar arasında yayılan traxoma xəstəliyinin qarşısını almaqda xüsusi xidmət göstərib. Böyük alim yalnız çalışdığı institutda fəaliyyət göstərməklə kifayətlənmirdi, o, respublikanın şəhər və rayonlarını bir-bir gəzərək, xəstəliyin yaranma səbəblərini araşdırır və xəstəlik ocaqlarında kompleks şəkildə müalicə-profilaktik tədbirləri həyata keçirirdi. Çoxillik müşahidələrin, klinik tədqiqatların və eksperimentlərin nəticələri Zərifə xanım Əliyevanın doktorluq dissertasiyanın əsasını təşkil etmişdir. O, “Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti” mövzusunda yazdığı dissertasiya işini dünyanın ən nüfuzlu oftalmologiya mərkəzlərindən birində – H.Helmqolts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda müdafiə etmişdir. Z.Əliyevanın dissertasiya işi alim-oftalmoloqların yüksək qiymətini almış, oftalmologiyanın bu sahəsində ilk işlərdən biri olmuşdur. 1977-ci ildə Zərifə Əliyevaya tibb elmləri doktoru elmi dərəcəsi verilmişdir.”

Zərifə xanım müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyət, Ümummilli Lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı idi. Gözəl bir ailədə doğulan Zərifə Əliyeva çox qayğıkeş ana olub və ölkəmizə layiqli övladlar yetişdirib. Azərbaycan ziyalı qadınının ən gözəl simalarından olan Zərifə xanımın xarakterində məsuliyyət, zəhmətkeşlik və xeyirxahlıq kimi üç böyük xüsusiyyət cəmləşmişdir. Ümummilli Lider Heydər Əliyev öz xatirələrinin birində belə demişdir: “Gənc yaşlarımdan mənim həyatım dövlət işi ilə bağlı olubdur. Mən bütün həyatımı buna sərf etmişəm və bu gün də bu yolda çalışıram. Bu yolda mənim həmişə səmərəli, müvəffəqiyyətlə çalışmağımda hesab edirəm ki, ailə vəziyyətimin çox böyük rolu olub. Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam. Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib.” Öz xatirələrində Ölkə Prezidenti cənab İlham Əliyev Zərifə xanım haqqında bu sözləri deyir: “Mənim anam əsl alim idi. O, tibbin bütün incəliklərini öyrənməyə səy göstərirdi. Bununla bərabər mənimlə, Sevillə məşğul olmağa, bizi Azərbaycanın layiqli vətəndaşları kimi tərbiyə etməyə, böyütməyə vaxt tapırdı. O, həmişə mənim qəlbimdədir.” Görkəmli oftalmoloq-alim eyni zamanda həmvətənlərinin qayğısına qalan humanist insan idi. Akademik Zərifə xanım Əliyevanın həyat ideyaları və şəxsiyyəti bu gün müasir Azərbaycan gəncliyi üçün bir örnəkdir. Zərifə xanım Əliyeva ömrünün 62-ci baharında, 1985-ci il aprelin 15-də Moskva şəhərində dünyasını dəyişdi. 1994-cü ildə Zərifə xanım Əliyevanın cənazəsi Bakıya gətirilərək Fəxri Xiyabanda dəfn olunmuşdur.

 

Nilufər Abdulova,

Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin şöbə müdiri        

ÖNCEKİ HABER

Sadə Azərbaycan ziyalısı

SONRAKİ HABER

Zərifə xanım Əliyeva - Tanrının sevdiyi İnsan