Virtual məktəbdə qeydiyyat müvəqqəti dayandırılır

Virtual məktəbdə qeydiyyat müvəqqəti dayandırılır

ÜMİDTV.com:       Sentyabrın 8-dən etibarən “Virtual məktəb”də qeydiyyat prosesi müvəqqəti olaraq dayandırılır.

Təhsil Nazirliyinin məlumatına görə, qeydiyyatın dayandırılması yeni tədris ilinin başlanması ilə əlaqədar profilaktik işlərin aparılması məqsədi daşıyır. Qeydiyyat sistemi sentyabrın 14-dən etibarən yenidən aktivləşəcək.

Qeyd edək ki, bu müddət ərzində qeydiyyatdan keçmiş və “Virtual məktəb” platformasında artıq mövcud istifadəçi profili olan müəllim və şagirdlər sistemdən istifadə edə biləcəklər.

ÖNCEKİ HABER

Qəbələdə 5 nəfər dağda köməksiz vəziyyətdə qalıb

SONRAKİ HABER

Orduxan, Qurban Məmmədov, Tural Sadıqlı və digərləri beynəlxalq axtarışa verildi