• 19 Eylül 2024 Perşembe

Anar Məmmədov Naftalanda vətəndaşları qəbul edib - Fotolar

    Millət vəkili Anar Məmmədov Naftalan şəhəri Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib
anar-memmedov-naftalanda-vetendaslari-qebul-edib

 

Millət vəkili Anar Məmmədov Naftalan şəhəri Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.

 “Gununxeberi.az ” xəbər verir ki, qəbul zamanı vətəndaşlarla fərdi qaydada görüşən Anar Məmmədov onların müraciət, təkliflərini dinləyib. Dinlənilmiş müraciətlər qanunamüvafiq qaydada həll olunması məqsədi ilə qeydiyyata alınaraq nəzarətə götürülüb. Qanunvericiliyə uyğun olan bəzi müraciətlər həll olunması üçün aidiyyəti orqanlara yönləndirilib. Bir neçə məsələ yerində həllini tapıb.

Qəbulda müraciət edən vətəndaşlar ölkəmizdə həyata keçirilən islahatlara, əhalinin sosial rifah halının yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

 

 Gununxeberi.az 


ÖNCEKİ HABER

Rəsmi Bakıdan Fransa səfirinin geri çağırılmasına - Münasibət

SONRAKİ HABER

Səttar Möhbalıyev: “Su ehtiyatlarından daha səmərəli istifadə olunması istiqamətində ölkəmizdə mühüm işlər görülür”