• 19 Eylül 2024 Perşembe

Bakıda gənc oğlan sevgilisini öldürdü, sonra özünə xəsarət yetirdi

Aprelin 20-də səhər saatlarında paytaxtın Xətai rayonunda 2002-ci il təvəllüdlü Cabbarova Elnarə Xətai qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi ilə bağlı polisə məlumat daxil olub

Aprelin 20-də səhər saatlarında paytaxtın Xətai rayonunda 2002-ci il təvəllüdlü Cabbarova Elnarə Xətai qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi ilə bağlı polisə məlumat daxil olub.

Bu barədə Arazmedia.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən qadının tanışı, 2003-cü il təvəllüdlü Qurbanov Səbuhi İlkin oğlu sonra özünə xəsarət yetirib. O xəstəxanya yerləşdirilib.

İlkin məlumata görə hadisə qısqanclıq zəminində baş verib.

Araşdırma aparılır.

Mənbə: Bakıda gənc oğlan sevgilisini öldürdü, sonra özünə xəsarət yetirdi

ÖNCEKİ HABER

İki narkokuryer tutuldu

SONRAKİ HABER

Ağcabədidə “Mercedes” yandı