• 19 Eylül 2024 Perşembe

Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı altı sutkadır quru aclıq edir

Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Elnur Həsənov altı sutkadır 1 saylı Bakı İstintaq Təcridxanasında aclıq edir

Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Elnur Həsənov altı sutkadır 1 saylı Bakı İstintaq Təcridxanasında aclıq edir.

Partiyadan Turan-a bildiriblər ki, bu gün  Penitensiar Xidmətin Əməliyyat Rejim İdarəsinin rəisi Fikrət Qafarov onunla görüşərək bir saatdan artıq müddətə söhbət edib, bütün problemlərini dinləyib qeydlər götürüb. Məsələni aidiyyatı orqanlara çatdıracağını deyib.

Bu gün  həmçinin təcridxananın tibb-sanitar hissəsində  Həsənovu müayinə ediblər və məlum olub ki, onun arterial təzyiqi 80/60-a düşüb.

Partiya yoldaşları Həsənovu aclığı dayandırmağa razı salmağa çalışsalar da, o quru aclığı davam etdirir.

Həsənov aprelin 18-də məhkəmədə çıxış etmək üçün hazırladığı qeydlərin götürülməsinə etiraz olaraq aclıq elan edib.

*Elnur Həsənov 28 noyabr 2023-cü ildə narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı (Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi) ilə həbs edilib. Fəal hesab edir ki, həbsinin əsl səbəbi yol polisi rəhbərliyinin hərəkətlərini tənqid etməsidir.

Turan

ÖNCEKİ HABER

Paşinyanın ofisi Bakı və Yerevan arasında ilkin razılaşmanı ‘mühüm hadisə’ adlandırıb

SONRAKİ HABER

Qarabağ qazisinin PA və ƏƏSMN qarşısında piketini BŞİH məqsədəuyğun saymır