• 19 Eylül 2024 Perşembe

Hafiz Babalı onun cinayət təqibinə xitam verilməsini tələb edir

Qanuni əsas olmadan xarici valyuta qaçaqmalçılığı ittihamı ilə həbs olunmuş araşdırmaçı jurnalist Hafiz Babalı baş prokurora, daxili işlər nazirinə, Bakı Şəhər Baş Polis İdarəsinin rəisinə və ombudsmana müraciət edib

Qanuni əsas olmadan xarici valyuta qaçaqmalçılığı ittihamı ilə həbs olunmuş araşdırmaçı jurnalist Hafiz Babalı baş prokurora, daxili işlər nazirinə, Bakı Şəhər Baş Polis İdarəsinin rəisinə və ombudsmana müraciət edib. Bu barədə jurnalistin yaxınları bildirib.

Babalı müraciətlərində qeyd edir ki, müstəntiq Toğrul Hüseynov və Prokuror Mobil Şəfiyev onun qaçaqmalçılıq haqqında iş üzrə əməllərdə əli olmadığını bildiyi halda onun həbsinə, daha sonra isə qanunsuz ilkin həbs müddətinin uzadılmasına nail olublar. 

Bununla əlaqədar Babalı müstəntiq və prokuror barəsində xidməti araşdırma başlamasını və onun barəsində cinayət işinə xitam verilməsini tələb edir.

Turan İnformasiya Agentliyinin “iqtisadi xəbərlər” şöbəsinin redaktoru Hafiz Babalı dekabrın 13-də saxlanılıb. Ona qarşı “xarici valyuta qaçaqmalçılığı” ittihamı irəli sürülüb. O, məhkəmənin qərarı ilə üç ay müddətinə ilkin həbs cəzasına məhkum edilib. Babalı “Abzas Media”nın işi üzrə prosesə cəlb edilib. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar.

Turan

ÖNCEKİ HABER

Qubad İbadoğlu ev dustaqlığına buraxıldı

SONRAKİ HABER

Paşinyanın ofisi Bakı və Yerevan arasında ilkin razılaşmanı ‘mühüm hadisə’ adlandırıb