• 19 Eylül 2024 Perşembe

Putinin inauqurasiyası: iştirakçılar və etirazçılar

Mayın 7-də Kremldə Rusiya prezidentinin inauqurasiya mərasimi keçirilib

Mayın 7-də Kremldə Rusiya prezidentinin inauqurasiya mərasimi keçirilib.

Vladimir Putin 5-ci dəfə prezident olub. Onun budəfəki prezidentlik müdəti 2030-cu ildə başa çatmalıdır.

Putin özünün inauqurasiya nitqində Rusiyanın qarşısında “tarixdə dəfələrlə olduğu kimi yeni üfüqlərin açılacağını” vəd edib.

Onun çıxışında yenə də “çoxəsrlik ailə dəyərlərindən”, “tarixi məqsədlərdən”, “dünya dövləti yaratmış əcdadların ənənələrindən” bəhs edilib.

Putinin sözlərinə görə o bugün də bütün bunlardan “ilham alır”.

O habelə iddia edib ki, öz prezidentliyinin bundan əvvəlki illərində Rusiyanı qoruyub və xalqa xidmət edib.

Aİ-dən 6 ölkənin nümayəndələri iştirak ediblər

Xəbər verilir ki, mərasimə bütün diplomatik missiyaların nümayəndələri dəvət edilmişdilər. Lakin Qərb ölkələrinin əksəriyyəti, o cümlədən ABŞ, Britaniya və Avropa İttifaqının demək olar bütün ölkələri bu dəvətə laqeydlik nümayiş etdiriblər.

Mərasimdə Aİ üzvlərindən yalnız 6-sının – Fransanın, Macarıstanın, Slovakiyanın, Yunanıstanın, Malta və Kiprin nümayəndələri iştirak ediblər. Belçika nümayəndəsi mərasimdə iştirak etmək planını son anda dəyişib.

Putin 2024-cü ilin martında keçirilmiş seçkilərin nəticəsində Rusiya prezidenti olub.

Rusiya MSK-nın məlumatına görə ona seçicilərin 87.3 faizi səs verib.

Amma “Qolos”, “Vajnıye istorii” və “Novaya qazeta – Yevropa” saytlarının hesablamalarına görə Putinin xeyrinə 22 milyon səsin saxtalaşdırıldığı təxmin edilir.

Avropa Şurası Parlament Assambleyası və Avropa Parlamenti Rusiyada keçirilmiş seçki nəticələrinin legitimliyini tanımayıblar.

Azadlıq radiosu

ÖNCEKİ HABER

Famil Xəlilov təcridxananın tibb məntəqəsinə köçürülüb

SONRAKİ HABER

AXCP sədri Avropa İttifaqının nümayəndəsi ilə insan hüquqları məsələsini müzakirə edib