• 19 Eylül 2024 Perşembe

Rusiya dünyada koronavirusa yoluxanların sayına görə beşinci sıraya yüksəldi

Rusiyada ötən gün ərzində 11 231 nəfər koronavirusa yoluxub, xəstələnənlərdən 88-i isə ölüb.

ÜMİDTV.com:     Rusiyada ötən gün ərzində 11 231 nəfər koronavirusa yoluxub, xəstələnənlərdən 88-i isə ölüb.

Bu barədə Oxu.Az-ın onlayn statistikasında məlumat verilir.

Ümumilikdə, ölkədə koronavirusa 177 160 nəfər yoluxub.

Bununla da, Rusiya ötən gün 1 681 yoluxmanın olduğu Almaniya və 1 742 yoluxmanın qeydə alındığı Fransanı keçərək, koronavirusa yoluxma sayına görə dünya ölkələri arasında beşinci olub.

Qonşu ölkədə son 24 saat ərzində koronavirusa yoluxan 2 476 nəfər, ümumilikdə isə 23 803 xəstə sağalıb.

ÖNCEKİ HABER

Bu ölkədə beş mindən çox polis əməkdaşı koronavirusa yoluxub

SONRAKİ HABER

Rusiyalı milyarder intihar edib