• 19 Eylül 2024 Perşembe

Ceyhun Bayramov ukraynalı həmkarı ilə müzakirə APARDI

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla ukraynalı həmkarı Dmitro Kuleba arasında telefon danışığı olub

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla ukraynalı həmkarı Dmitro Kuleba arasında telefon danışığı olub.

Arazmedia.az xəbər verir ki, bu barədə ukraynalı diplomat sosial şəbəkədə bildirib.
“Telefon danışığımız zamanı Ceyhun Bayramovla Ukrayna ilə Azərbaycan arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd etdik. Azərbaycana humanitar yardıma görə təşəkkür etdim. Həmkarımı Rusiyanın Ukraynanın mülki və enerji infrastrukturuna zərbələri barədə də bilgiləndirdim. Biz gələcək ikitərəfli təmasları əlaqələndirdik”, – o yazıb.

Mənbə: Ceyhun Bayramov ukraynalı həmkarı ilə müzakirə APARDI

ÖNCEKİ HABER

Şahdağa qar yağır – FAKTİKİ HAVA

SONRAKİ HABER

Qızıl və gümüş bahalaşdı