• 19 Eylül 2024 Perşembe

Futbolumuzun inkişafı üçün müəyyən planlarımız var – Qurban Qurbanov

Maraqlı görüş oldu

Maraqlı görüş oldu. Gələcəkdə həyata keçirmək istədiyimiz ümumi planlarla bağlı danışdıq. Diqqət ayırmalı olduğumuz mövzular barədə müzakirələr aparıldı.

Arazmedia.az xəbər verir ki, bu sözləri Qurban Qurbanov AFFA-nın İcraiyyə Komitəsinin iclasından sonra jurnalistlərə açıqlamasında deyib.

İcraiyyə Komitəsinin üzvü bildirib ki, müzakirə edilən fikirlərin hamısını həyata keçirmək heç də asan deyil: “Müəyyən detallar var idi ki, hər birimiz bu barədə fikirlərimizi bölüşdük. Belə görüşlərin tez-tez keçirilməsi nəzərə alındı. Futbolumuzun inkişafı üçün planlar var. Premyer Liqada bəzi klublarımızın büdcə ilə bağlı problemləri var. Gələcək illərdə həmin komandaların infrastrukturlarının yaxşılaşdırılması nəzərə alındı. Komanda sayında isə hələ ki, dəyişiklik olmayacaq”.

Mənbə: Futbolumuzun inkişafı üçün müəyyən planlarımız var – Qurban Qurbanov

ÖNCEKİ HABER

Bakının hansı yollarında tıxac var? – SİYAHI

SONRAKİ HABER

Premyer Liqada komanda sayı artırılmayacaq – RƏSMİ