• 19 Eylül 2024 Perşembe

Gəncədə motosiklet divara çırpıldı – sürücü xəsarət aldı

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gəncə şəhəri, Vəli Xuluflu küçəsində yol-nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gəncə şəhəri, Vəli Xuluflu küçəsində yol-nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən Arazmedia.az-a verilən məlumata görə, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Gəncə Regional Mərkəzinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1998-ci il təvəllüdlü Şahbaz Cəlilovun idarə etdiyi motosiklet binanın divarına çırpılıb və sərxoş halda olan sürücü motosikletdə sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər motosikletdə sıxılı vəziyyətdə qalan sürücünü xüsusi vasitələrlə xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Mənbə: Gəncədə motosiklet divara çırpıldı – sürücü xəsarət aldı

ÖNCEKİ HABER

Zelenski buna görə İspaniya və Portuqaliyaya səfərini ləğv etdi

SONRAKİ HABER

Narkotikin təsiri ilə avtomobil idarə edən sürücü saxlanıldı