Pensiyalarla bağlı ŞAD XƏBƏR - RƏSMİ

Pensiyalarla bağlı ŞAD XƏBƏR - RƏSMİ

ÜMİDTV.com:       Bakı, Sumqayıt şəhəri və Abşeron rayonu üzrə pensiyalar ödənilib.

Bu barədə Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili məlumat verib.

O bildirib ki, pensiya vəsaitləri həmin şəhər və rayonlarda qeydiyyatda olan pensiyaçıların hesablarına köçürülüb və vətəndaşlar pensiyalarını Beynəlxalq Bankdan və Kapital Bankdan verilmiş bank kartları vasitəsilə həmin bankların bankomatlarından əldə edə bilərlər.

R.Mehdili qeyd edib ki, respublikanın digər rayonları üzrə, həmçinin dövlət qulluqçuları, hərbi və xüsusi rütbəli şəxslərə pensiyaların isə ayın 15-də ödənilməsi nəzərdə tutulub.

ÖNCEKİ HABER

Səhiyyə Nazirliyindən məktəblər ilə bağlı AÇIQLAMA - RƏSMİ

SONRAKİ HABER

Prezident Ramiz Mehdiyevi sədr vəzifəsindən azad etdi - SƏRƏNCAM