WhatsApp istifadəçilərinin NƏZƏRİNƏ - Bloklana bilərsiniz

WhatsApp istifadəçilərinin NƏZƏRİNƏ - Bloklana bilərsiniz

ÜMİDTV.com:       “WhatsApp” istifadəçilərinə naməlum nömrələrdən tətbiqin bloklanmasına səbəb olan ismarıclar gəlməyə başlayıb.

Bu cür mesajlarda istifadəçi telefonda mətni açmağa çalışdığı təqdirdə, tətbiq bloka düşür.

Onun işləməsi isə ancaq yenidən quraşdırılma ilə mümkündür.

Riskin qarşısını almaq və zərərli mətnlərdən qorunmaq üçün istifadəçilərə “Ayarlar”a keçmək və “kontaktda olmayan şəxslərin qrup söhbətlərinə əlavə etməsinə qadağa qoymaq” tövsiyə olunur.

Bu sayədə istifadəçilər fırıldaqçılığın qurbanı olmaqdan qoruna bilərlər.

Məlum problemi yaşamamaq üçün istifadəçilərin tanımadıqları şəxslərdən göndərilən mesajları açmaması tövsiyə olunur.

Mənbə: “WABetainfo”

ÖNCEKİ HABER

Üzücü xəbər gəldi: Xeyli sayda yaralı və ölən var

SONRAKİ HABER

41 yaşlı müğənni ƏRƏ GEDİR - FOTO