• 19 Eylül 2024 Perşembe

Samir Sergeyeviç: “Putin Administrasiyasından mənə BÖYÜK bir DƏSTƏK gəldi”-FAKT

Artıq mediada pozulmuş hüquqları ilə, kifayət qədər tanınan russoylu, rus əsilli Azərbaycan vətəndaşı Samir Sergeyeviçə, (Aleksandr Sergeyeviç) Rusiya Federasiyası Prezidentinin Administrasiyasından rəsmi dəstək gəlib

Artıq mediada pozulmuş hüquqları ilə, kifayət qədər tanınan russoylu, rus əsilli Azərbaycan vətəndaşı Samir Sergeyeviçə, (Aleksandr Sergeyeviç) Rusiya Federasiyası Prezidentinin Administrasiyasından rəsmi dəstək gəlib.

Bu barədə S.Sergeyeviçin özü “Araz Media” redaksiyasına məlumat verib.

“Mən buna görə, şəxsən cənab Putinə və onun administrasiyasına ailəmiz və öz adımdan təşəkkür edirəm”.

Məktubda deyilir ki, başınıza gətirilən hadisə ilə məşğul olmaq, Rusiya Federasiyasının Azərbaycandakı Səfirliyinə tapşırılmışdır.

Qeyd edək ki, o bir qrup dələduz tərəfindən aldadılıb. Nəticədə onun və ailəsinin yaşadığı ev əlindən alınıb və o, on minlərlə manat sələm faizinə oturdulub. Yəni ona külli-middarda ziyan vurulub.

Bu barədə S. Sergeyeviç, dəfələrlə Azərbaycanın hüquq-mühafizə orqanlarına müraciət etsə də, “araşdırılma aparımış, qanun pozuntusu qeydə alınmamış, ona görə də, cinayət işi başlanılması tələbiniz rədd edilmişdir” kimi cavablar verilmişdir.

Tərəfsiz media orqanı olaraq bildiririk ki, adı keçən tərəflərin əsaslı arqumentləri olarsa, dərhal dərc etməyə hazırıq.

Arazmedia.az xəbər portalı

Mənbə: Samir Sergeyeviç: “Putin Administrasiyasından mənə BÖYÜK bir DƏSTƏK gəldi”-FAKT

ÖNCEKİ HABER

Yorğunluq…

SONRAKİ HABER

Dövlət Komitəsinin sədri Türkiyənin ailə və sosial xidmətlər naziri ilə görüşüb