• 19 Eylül 2024 Perşembe

Humanizm prinsipləri…

Rövşən Hacıbəyli …İctimai təhlükəlilik dərəcəsi Bu əfv sərəncamında nə humanizm, nə də təhlükəlilik dərəcəsi nəzərə alındı Son əfv sərəncamı bir qədər gözlənilməz oldu

Rövşən Hacıbəyli

…İctimai təhlükəlilik dərəcəsi

Bu əfv sərəncamında nə humanizm, nə də təhlükəlilik dərəcəsi nəzərə alındı

Son əfv sərəncamı bir qədər gözlənilməz oldu. Həm də siyahıdakı adlar çoxlarını məyus etdi, azadlıq hamının haqqı olsa belə. Adətən, əfv xəbəri əfvin özündən qabaq gəlir, müzakirələr, proqnozlar, kimlərin azadlığa çıxacağı, kimlərin “bağışlanmazlar” siyahısında olacağı, kimlərin cəzasını günə-gün çəkəcəyi dartışılır. Bu dəfə həmin dartışmalara şahid olmadıq.

Əslində, Əfv Məsələləri Komissiyasının builki ilk iclası aprelin 3-də keçirilib. Sonra 17 və 24 aprel tarixlərində. 2 maya təyin olunan növbəti iclas isə məlum olmayan səbəbdən təxirə salındı.

Daha sonra tədbirin 15 mayda keçirildiyi ilə bağlı xəbər yayıldı, həmin xəbərdə növbəti iclasın mayın 22-də olacağı yazılmışdı. Ancaq bu iki xəbər sanki bir-birinin təkrarıydı.

Mayın 15-də yayılan xəbərdə deyilirdi ki, 100-dən artıq müraciətə baxılıb, bununla da baxılan müraciətlərin  sayı 400-ü keçib.

Meydan.tv

ÖNCEKİ HABER

Bakı Limanı 4-6 iyun tarixlərində Bakı Expo Mərkəzində keçirilən 21-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisində iştirak edir

SONRAKİ HABER

Bakı Limanı 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününü Ələt qəsəbəsinin balaca sakinləri ilə qeyd edib