Azərbaycanda ən çox koronavirus aşkarlanan yerin adı AÇIQLANDI

Azərbaycanda ən çox koronavirus aşkarlanan yerin adı AÇIQLANDI

ÜMİDTV.com:      Azərbaycan üzrə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma göstəriciləri açıqlanıb.

Azərbaycanda ən çox yoluxma halı paytaxt Bakıda müşahidə edilir. Ümumi yoluxma hallarının 56,1 faizi paytaxtın payına düşür. İkinci yerdə 15,6 fazilə Abşeron qərarlaşıb. İlk üçlüyü isə 10,4 faizlə Aran qapadır. Növbəti yerlərdə Gəncə-Qazax (6,4), Lənkəran 4,3), Quba Xaçmaz (2,1),Şəki-Zaqatala (1,8), Dağlıq Şirvan (1,6), Yuxarı Qarabağ (1) qərarlaşıb. Ən az yoluxma isə Naxçıvanda qeydə alınıb - cəmi 0,04 faiz.

Paytaxtın rayonları arasında ən yüksək yoluxma göstəricisi Binəqədi rayonunda qeydə alınıb - 14,3 faiz. Onu 12,2 faizlə Xətai, 11,8 faizlə Yasamal, 11,6 faizlə Sabunçu, 8,9 faizlə Nəsimi, 8,4 faizlə Nərimanov, 8 faizlə Suraxanı, 7,6 ilə Qaradağ, 7,1 ilə Nizami, 5 ilə Xəzər, 4,7 ilə Səbail və 0,3 faiz ilə Pirallahı izləyir.

ÖNCEKİ HABER

Rusiya ərazisində qalan daha 400 Azərbaycan vətəndaşı ölkəyə gətirilib

SONRAKİ HABER

Bakıda yaşayış binasında YANĞIN