• 19 Eylül 2024 Perşembe

Paşinyan məzuniyyətə çıxıb Londona gedəcək

Ermənistanın baş naziri Nikol Paşinyan iyulun 18-də Londonda keçiriləcək Avropa Siyasi Birliyinin dördüncü sammitində iştirak edəcək

Ermənistanın baş naziri Nikol Paşinyan iyulun 18-də Londonda keçiriləcək Avropa Siyasi Birliyinin dördüncü sammitində iştirak edəcək.

Arazmedia.az TASS-a isitnadən xəbər verir ki, bu barədə Ermənistan hökumətinin başçısının mətbuat katibi Nazeli Baqdasaryan məlumat verib.

“Baş nazir Nikol Paşinyan iyulun 15-dən avqustun 12-dək məzuniyyətdə olacaq. Tətil Avropa Siyasi Birliyinin bu həftə Londonda keçirilməsi planlaşdırılan dördüncü sammiti ilə əlaqədar dayandırılacaq”, – Bağdasaryan bildirib.

Onun sözlərinə görə, Paşinyan tətilinin böyük hissəsini Ermənistanda keçirəcək.

Mətbuat katibi onu da qeyd edib ki, məzuniyyət zamanı Paşinyan Tavuş və Armavir bölgələrinə səfər etməyi planlaşdırır.

Mənbə: Paşinyan məzuniyyətə çıxıb Londona gedəcək

ÖNCEKİ HABER

Azərbaycan Rusiyanın əsas tərəfdaşlarından biridir – Titov

SONRAKİ HABER

“Qızıl top”un favoritləri – SİYAHI