Ermənilər Tovuzun kəndlərini yenidən atəşə tutdular

: Ermənilər Tovuzun kəndlərini yenidən atəşə tutdular

ÜMİDTV.com:      Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 30 dəfə pozub.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən  bildirilib ki, Ermənistan Respublikası Berd rayonunun Ayqepar və Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Hacallı, Əlibəyli və Ağdam kəndlərində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Füzuli rayonunun işğal altında olan Qaraxanbəyli, Horadiz kəndləri yaxınlığında, həmçinin Tovuz rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

ÖNCEKİ HABER

11-ci sinif şagirdləri üçün sentyabrın 10-da keçirilmiş buraxılış imtahanlarının nəticələri AÇIQLANDI

SONRAKİ HABER

Qurban Məmmədov Türkiyədə saxlanıldı