• 19 Eylül 2024 Perşembe

İsrail prezidentini təhdid edən yeniyetmə saxlanıldı

Fransada 15 yaşlı yeniyetmə İsrail prezidenti İsaak Hersoqa qarşı onlayn hədə-qorxu ilə bağlı saxlanılıb

Fransada 15 yaşlı yeniyetmə İsrail prezidenti İsaak Hersoqa qarşı onlayn hədə-qorxu ilə bağlı saxlanılıb.

Arazmedia.az xarici mediaya istinadən xəbər verir ki, yeniyetmə valideynləri ilə birlikdə Parisin İvri-sür-Seyn qəsəbəsində yaşayır.

Qeyd olunur ki, o, Olimpiya oyunlarının açılışı üçün Parisdə olan hersoqu hədələdiyini etiraf edib.

Məlumata görə, təhlükəni vilayət polisinin antiterror bölməsi araşdırıb.

Mənbə: İsrail prezidentini təhdid edən yeniyetmə saxlanıldı

ÖNCEKİ HABER

Əksər rayonlarda yağıntılarda fasilə yaranıb

SONRAKİ HABER

FİFA Olimpiadada casusluğa görə bu ölkənin komandasını cəzalandırdı