Yenidən sərt karantin qaydalarının tətbiqi arzuolunan deyil - AÇIQLAMA

Yenidən sərt karantin qaydalarının tətbiqi arzuolunan deyil - AÇIQLAMA

ÜMİDTV.com:     "Növbəti mərhələdə yeni stadartlar tətbiq etməklə iqtisadi açılımın davam etdirilməsi məqsədəuyğun olardı”.

Bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib. O bildirib ki, qonşu dövlətlərdə koronavirusa yoluxma sayının artmasına baxmayaraq Azərbaycan üçün sərt karantin qaydalarının yenidən tətbiqi arzuolunan deyil:

"Gürcüstanda koronavirusa yoluxanların sayı artmaqdadır. Bu gün qonşu ölkədə 196 yeni yoluxma faktı qeydə alınıb. Artıq iqtisadiyyatda mərhələli açılım həyata keçirilir və qısa zamanda bunun aktivliyə təsirləri də müşahidə olunur. Xüsusən də regionlarda turizm sektorunda xüsusi canlanma müşahidə edilməkdədir. Bu baxımdan, növbəti mərhələdə də yeni stadartlar tətbiq etməklə iqtisadi açılımın davam etdirilməsi məqsədəuyğun olardı”.

Deputat qeyd edib ki, pandemiyanın nə zaman başa çatacağı ilə bağlı proqnozlar nikbin olmadığı üçün iqtisadiyyatın yeni şərtlərə uyğunlaşdırılması daha arzuolunadır:

"Bu kontekstdən işləməsinə hələlik icaizə verilməyən sahibkarlq fəaliyyətlərinin də bərpası üçün yeni standartların hazırlanması və tətbiqi vacibdir”.

Gülbəniz Hüseynli / Metbuat.az

ÖNCEKİ HABER

SON DƏQİQƏ: DTX əməliyyat keçirdi

SONRAKİ HABER

11-ci sinif şagirdləri üçün sentyabrın 10-da keçirilmiş buraxılış imtahanlarının nəticələri AÇIQLANDI