• 19 Eylül 2024 Perşembe

Seçkiqabağı təşviqat BAŞLADI

Azərbaycanda növbədənkənar parlament seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqat başlayıb

Azərbaycanda növbədənkənar parlament seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqat başlayıb.

Arazmedia.az xəbər verir ki, Seçki Məcəlləsinin 72.3, 74.1.2, 74.1.4 və 75.2-ci maddələrinə əsasən, qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri tərəfindən seçkiqabağı təşviqatın aparılmasına səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır.

Sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar seçkiqabağı təşviqat avqustun 9-da başlanır, avqustun 31-i saat 08:00-da dayandırılır.

Mənbə: Seçkiqabağı təşviqat BAŞLADI

ÖNCEKİ HABER

YAP-ın namizədi seçki qanunlarını pozdu – MSK tədbir görəcəkmi?

SONRAKİ HABER

Məmməd Məmmədzadə: Azərbaycanda siyasi və milli səviyyədə seçki yarışı getmir