• 19 Eylül 2024 Perşembe

Messi villasına boya tökənlərdən 50 min avro təzminat tələb etdi

“İnter Mayami”nin və Argentina millisinin hücumçusu Lionel Messi aktivistlərin evinə boya tökdükdən sonra 50 min avro təzminat tələb edərək ətraf mühit təşkilatını məhkəməyə verib

“İnter Mayami”nin və Argentina millisinin hücumçusu Lionel Messi aktivistlərin evinə boya tökdükdən sonra 50 min avro təzminat tələb edərək ətraf mühit təşkilatını məhkəməyə verib.

Arazmedia.az xarici KİV-ə istinadən xəbər verir ki,“Futuro Vegetal”ın ispan üzvləri futbolçunun İbizadakı malikanəsinin ərazisinə daxil olaraq binanın fasadını qırmızı və qara boya ilə örtüblər. Bununla da, onlar hakimiyyətin iqlim böhranı ilə bağlı siyasətinə etiraz ediblər.

Argentina prezidenti Xavyer Miley fəalların hərəkətlərini tənqid edərək, onların hərəkətlərini qorxaqlıq və cəfəngiyat adlandırıb.

“Futuro Vegetal”ın nümayəndəsinin sözlərinə görə, futbolçunun fəallara qarşı irəli sürdüyü tələblər həddən artıq yüksəkdir. O əlavə edib ki, “su əsaslı boya şlanqla yuyula bilər”.

Mənbə: Messi villasına boya tökənlərdən 50 min avro təzminat tələb etdi

ÖNCEKİ HABER

Ermənilər Kəlbəcərdəki mövqelərimizi ATƏŞƏ TUTDU

SONRAKİ HABER

Almaniyanın Ukraynaya yardım üçün pulu tükənib