• 19 Eylül 2024 Perşembe

Misir prezidenti 12 il sonra Türkiyədə

Misir prezidenti Əbdülfəttah əs-Sisi prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə rəsmi səfər çərçivəsində Ankaraya gəlib

Misir prezidenti Əbdülfəttah əs-Sisi prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə rəsmi səfər çərçivəsində Ankaraya gəlib.

Arazmedia.az  xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğan Misir prezidentini Esenboğa hava limanında qarşılayıb.

Daha sonra Ərdoğan və Misir prezidenti Sisi Prezident Külliyesinə yola düşüblər.

Sisi açıqlamasında səfərinin iki ölkə arasında əməkdaşlığa başlamaq iradəsini əks etdirdiyini ifadə edib.

Tərəflərin, həmçinin, enerji, səhiyyə, turizm, müdafiə sahələrində uzunmüddətli əməkdaşlıq məsələlərini və Qəzzadakı son vəziyyəti müzakirə edəcəkləri bildirilib.

Mənbə: Misir prezidenti 12 il sonra Türkiyədə

ÖNCEKİ HABER

Bu dairələrdən şikayət var

SONRAKİ HABER

“Sosial şəbəkədə olan bütün görüntülər araşdırılacaq” – MSK sədri