• 19 Eylül 2024 Perşembe

İran vətəndaşından metamfetamin və heroin alan şəxs saxlanıldı

Xızı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini Ayaz Akif oğlu saxlanılıb

Xızı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini Ayaz Akif oğlu saxlanılıb.

DİN-in mətbuat xidmətindən Arazmedia.az-a verilən məlumata görə, onun üzərindən güclü təsiredici xassəyə malik heroin və psixotrop maddə olan metamfetamin aşkarlanıb.

O, heroin və metamfetamini sosial şəbəkədə tanış olduğu İran vətəndaşından əldə etdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, adıçəkilən şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Mənbə: İran vətəndaşından metamfetamin və heroin alan şəxs saxlanıldı

ÖNCEKİ HABER

Yeni nazir Gürcüstandakı müvəqqəti işlər vəkilini geri çağırdı

SONRAKİ HABER

DİN-dən yeni tədris ili ilə bağlı müraciət