• 19 Eylül 2024 Perşembe

“Veysəloğlu Şirkətlər Qrupu”na yeni mətbuat katibi təyin edildi

Tanınmış jurnalist Məhəmmədəli Qəribli “Veysəloğlu Şirkətlər Qrupu”nun Mətbuat Xidmətinin rəhbəri təyin edilib

Tanınmış jurnalist Məhəmmədəli Qəribli “Veysəloğlu Şirkətlər Qrupu”nun Mətbuat Xidmətinin rəhbəri təyin edilib.

Arazmedia.az xəbər verir ki, bu barədə məlumatı jurnalistin özü sosial şəbəkə hesabında yazıb.

Bildirib ki, bundan sonrakı fəaliyyətini “Veysəloğlu Şirkətlər Qrupu”nun (VŞQ) Mətbuat Xidmətinin rəhbəri kimi davam etdirəcək.

Qeyd edək ki, Məhəmmədəli Qəribli uzun müddət media sahəsində çalışıb. Ölkənin bir çox nüfuzlu media qurumlarında jurnalist, redaktor və baş redaktor kimi fəaliyyət göstərib.

Mənbə: “Veysəloğlu Şirkətlər Qrupu”na yeni mətbuat katibi təyin edildi

ÖNCEKİ HABER

İran prezidenti Türkiyəyə səfər edəcək

SONRAKİ HABER

Azərbaycan Dillər Universitetinin (ADU) məzunu Vüsal Hümbətzadə İsveçrənin Sürix Universitetinə qəbul olunub