Elmar Quliyev, Salyan Rayon Prokurorluğu ilə Problemlər Yaşayan Quliyevlər Ailəsinin Üzvü, Yenidən Sosial Mediada Səs Gətirən Açıqlamalar Verdi

Elmar Quliyevdən nalayiq açıqlamalar

Salyan Rayon Prokurorluğunda 2016-cı ildə yüksək vəzifədə çalışan İlhame Xankişiyeva ilə ciddi problemlər yaşayan Quliyevlər ailəsinin üzvü Elmar Quliyev, müxalifətçi jurnalist Qurban Məmmədlinin YouTube kanalında çıxış edərək, 2024-cı ildə parlament seçkilərinin saxta keçirildiyini iddia etmişdi. Bu açıqlamalardan sonra Quliyev haqqında cinayət işi açılmış və barəsində axtarış elan edilmişdi.

Müxalif mövqeyi ilə tanınan Elmar Quliyev, 15 yanvar və 9 fevral tarixlərində Osman Qızı və Qurban Məmmədlinin YouTube kanallarına qoşularaq, Azərbaycandakı hüquq sistemi haqqında sərt tənqidlər səsləndirib. Onun çıxışları geniş müzakirələrə səbəb olmuş və hakimiyyət nümayəndələrinin narazılığına səbəb olmuşdu.

Son olaraq, 1 sentyabr 2024-cü ildə Qurban Məmmədlinin YouTube kanalına canlı yayımla yenidən qoşulan Elmar Quliyev, Azərbaycanda keçirilən seçkilərin saxta olduğunu və hakimiyyətin seçkilərə saxtakarlıq qarışdırdığını bir daha iddia edib. Bu açıqlamaları, ölkə daxilində geniş rezonans doğurub və Bakı Şəhər Baş Polis İdarəsi Elmar Quliyev haqqında yenidən istintaq başladığını açıqlayıb. İdarənin rəsmisi A.E.Ağayev müxbirimizə verdiyi açıqlamada deyib: “Elmar Quliyev haqqında əvvəllər də istintaq başlamışdı və barəsində axtarış elan olunub. Hazırda ölkəmizdə deyil, ancaq qayıtdığı zaman ələ keçib ədalətə təslim ediləcək.”

Elmar Quliyev

 

Elmar Quliyevin seçkilər barədə səsləndirdiyi ittihamlar, xüsusilə Prezident İlham Əliyevin tərəfdarları arasında ciddi etirazlara səbəb olub. Onlar, Elmar Quliyevin açıqlamalarının əsassız olduğunu bildirərək, seçki prosesinin şəffaf və ədalətli keçirildiyini müdafiə edirlər. Prezident tərəfdarları, Quliyevin bu iddialarını ölkənin sabitliyinə qarşı təxribat cəhdi kimi dəyərləndirir və hüquqi tədbirlərin davam etdirilməsini tələb edirlər.

Hazırda Elmar Quliyevin harada olduğu dəqiq bilinməsə də, onun açıqlamaları ölkə ictimaiyyətində geniş müzakirələrə səbəb olmağa davam edir.

ÖNCEKİ HABER

SONRAKİ HABER

Növbəti illərdə hökumətin qarşısında duran əsas infrastruktur layihələri içməli su və suvarma layihələri olacaqdır