UEFA Avropa Liqası: “Qarabağ” ilk qələbəsini qazandı

Qarabağ” UEFA Avropa Liqasının Liqa mərhələsində ilk qələbəsini qazanıb

Qarabağ” UEFA Avropa Liqasının Liqa mərhələsində ilk qələbəsini qazanıb.

Arazmedia.az xəbər verir ki, Ağdam təmsilçisi IV tura təsadüf edən oyunda Norveçin “Budyo-Qlimt” kollektivini 2:1 hesabı ilə üstələyib.

Bude şəhərindəki “Aspmira” stadionunda baş tutan görüşdə hesabı təmsilçimiz açıb. 23-cü dəqiqədə Toral Bayramov baxımlı zərbə ilə diqqət mərkəzinə düşüb. Bununla belə, meydan sahibləri fasiləyə qədər status-kvonu bərpa ediblər. 41-ci dəqiqədə Patrik Berq bərabərlik qolunun müəllifi olub. “Köhlən atlar”ın qalibiyyət qoluna isə Abdullah Zubir imza atıb. 69-cu dəqiqədə rəqib torunu silkələyən futbolçu “Qarabağ”a cari mövsüm avroliqada ilk qələbəsini qazandırıb.

Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiiyi kollektiv Avropa Liqasında növbəti oyununu noyabrın 28-də Fransa təmsilçisi “Lion”a qarşı keçirəcək.

Mənbə: UEFA Avropa Liqası: “Qarabağ” ilk qələbəsini qazandı

ÖNCEKİ HABER

“TikTok” daha bir ölkədə qadağan edildi

SONRAKİ HABER

“Tramp Ukraynadakı münaqişəyə son qoymağı planlaşdırır” – KİV