Sahilə atılmış hiperrealist balina installyasiyalarını Belçikanın “Captain Boomer Collective” qrupu yaradır. Onlar bununla diqqəti ekoloji problemlərə və insanın təbiətə təsirinə yönəltmək istəyirlər.
Arazmedia.az xəbər verir ki, bu installyasiyalar Avropanın London, Paris, Madrid kimi böyük şəhərlərində nümayiş etdiriliblər. Qrupun əməkdaşları balinanın ətrafında alimlər kimi fırlanaraq, tədqiqat apardıqlarını imitasiya edirlər.
Bakı bulvarındakı installyasiyanın əsas məqsədi COP29 əsnasında Xəzər dənizinin ekoloji problemlərini vurğulamaqdır.