Noyabrın 15-də Səbail rayonu Salyan yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
DİN-in Mətbuat Xidmətindən Arazmedia.az-a bildirilib ki, “Daewo” markalı avtomobil yolu keçən piyada, polis nəfəri Ərtoğrul Həsənlini vurub. Ona göstərilən tibbi müdaxilələrə baxmayaraq həyatını itirib.
Faktla bağlı cinayət işi başlanılıb.
Mənbə: Bakıda qəza oldu