ÖLKƏDƏ NƏ BAŞ VERİR? PREZİDENTİN NÜFUZUNA KÖLGƏ SALMAQ KİMLƏRİN MARAĞINDADIR !

ÖLKƏDƏ NƏ BAŞ VERİR? PREZİDENTİN NÜFUZUNA KÖLGƏ SALMAQ KİMLƏRİN MARAĞINDADIR !

ÜMİDTV.com:        Artıq uzun müddətdir ki, Azərbaycanda 5-ci kolon adlı qüvvələrin ölkə Prezidentinin ölkədaxili  və xarici siyasətinə qarşı gözdənsalma kompaniyası sosial medianın gündəmindədir.  Sözügedən 5-ci kolonun mövcudluğu barədə hətta ölkə Prezidenti çıxışlarında da səsləndirib.  Bu yazını faktlar tamamlandığı günə qədər ümumi məlumatlar əsasında dərc edəcəyik.  Daha sonra faktlarla bu məsələyə qayıdacağıq.

Belə ki, Azərbaycan Prezidentnin əldə etdiyi siqnallar ölkədə  ilk öncə antikorrupsiya əməliyyatlarının həyata keçirilməsinə start verdi.  Dövlət Təhlükəsizlik Xidməti tərəfindən müxtəlif orqanlarda, icra hakimiyyəti və nazirliklərdə keçirilən  uğurlu əməliyyatlar Azərbaycan vətəndaşında  böyük ruh yüksəkliyi yaratdı.  Mütəmadi belə əməliyyatların keçirilməsinə baxmayaraq, bəzi dövlət orqanlarında və icra hakimiyyətlərinəd demək olar ki, ümumiyyətlə heç bir qorxu hissi yaratmadı.  Əksər dövlət təşkilatlarında eyni qanunsuz əməlləri davam etdirənlər bu gün də iş başındadırlar.
Bundan başqa, dövlət başçısı ölkədə süründürməçiliyə, vətəndaş və sahibkarlara qarşı qanunsuz hərəkətlərə yol verən və özbaşınalıq edən  məmurlara sərt xəbərdarlıq mesajı verməklə, heç kimin toxunulmaz olmadığını , hamının qanun qarşısında cavab verəcəyini və   keçmiş xidmətləri nəzərə alınmayacaqğını dilə gətirdi.  Lakin ölkə prezidentinin bu sərt xəbərdarlıqlarından da əksəriyyəti nəticə çıxarmaq niyyətində deyil.

Eyni zamanda yaxın günlərdə ölkə prezidentinin  “bəzi hüquq mühafizə orqanları, haqq tələb edirlər” ifadəsini dilə gətirməyi də artıq, cənab Prezidentin  hüquq mühafizə orqanlarında da qanunsuz əməllərin mövcud olması barədə məlumatlı olmasını təsdiq edir.  Ölkə prezidentinin sözügedən qurumlara aid dilə gətirdiyi ifadə, əslində həmin qurumun səlahiyyətlilərinə bir mesaj idi. Lakin görünən odur ki, hüquq mühafizə orqanlarının bəzi səlahiyyətliləri hələ də köhnə nomenklaturalarını davam etdirməkdə israrlıdırlar.

Bu baş verənləri analiz edəndə belə nəticəyə gəlmək olur ki, Azərbaycanda hüquqi dövlət quruculuğu istiqamətində ölkə Prezidentinin uğurlu müsbət siyasəti, bəzi məqsədyönlü səlahiyyətliləri narahat etməkdədir.  Bu narahatçılığın səbəbi isə, Prezident İlham Əliyevin ölkədaxili siyasətdə uğurlu islahatlara imza atması, Azərbaycan vətəndaşlarının öz rəhbərinə sevgisini daha da artırmış və sevgi günü-gündən artmaqdadır.  Məhz bu səbəbdən də ölkə Prezidentinin bu uğurlu siyasətindən narahat olan bəzi qüvvələr, ölkədə vətəndaş narazlığı yaratmağa xidmət edən hərəkətlərə yol verməklə uğurlu dövlət siyasətinə kölgə slamağa çalışırlar.

Təəssüflə qeyd etməliyəm ki, son günlər bəzi başqa dövlət təşkilatlarının məmurları ilə yanaşı, Daxili İşlər orqanlarında da bəzi səlahiyyətlilər ölkə qanunlarına zidd olan hərəkətlərini  davam etdirməklə,  ölkə Prezidenti ilə vətəndaş arasında yaranan körpünü dağıtmağa çalışırlar. Bütün bunlarla bağlı bu yaxınlarda faktlarla böyük həcmli bir hesabatı saytımızda dərc edəcəyik, eyni zamanda Ümid Tv Azərbaycan kanalında da xüsusi  bir xəbər buraxılışını yayımlayacağıq.

Qeyd edək Ki. Ölkə Prezidenti dəfələrlə çıxışlarında Azərbaycan vətəndaşlarına və media nümayəndələrinə müraciət edərək, baş verən neqativ hallarla bağlı məlumat verilməsini , ictimai nəzarətin gücləndirilməsini istəmişdir. Media olaraq biz də cənab Prezidentin çağırışına qoşularaq, ölkə Prezidentinin uğurlu siyasətinə kölgə salmaq istəyən qüvvələrin çirkin əməllərini ifşa edib, dövlət başçısını məlumatlandıracağıq.

Ən acınacaqlı hal odur ki, bəzi səlahiyyətli şəxslər vəzifələrindən sui istifadə edərək, şəxsi məqsədlərini təmin etmək üçün, dələduzluqla məşğul olan şəxslərlə iş birliyi qururlar və həmin şəxslərdən müxtəlif işlərdə bir alət kimi istifadə edirlər. Bütün sadaladığımız bu faktorlarla bağlı əldə etdiyimiz faktları yaxın günlərdə ictimaləşdirməklə ölkə Prezidentinin  həmin vəzifəlilərin bu xoşagəlməz cinayət xarakterli əməllərindən  məlumatlı olmasına çalışacağıq. Əminəm ki, Azərbaycan Prezidentinin uğurlu siyasətinə öz çirkin əməlləri ilə kölgə salan hər bir şəxs vəzifəsindən və kimliyindən asılı olmayaraq layiqli cəzalarına çatacaqlar.

Bu mövzuda araşdırmalarımız davam edir.  Ardı var...! 

Rəhamn Cəbiyev / Ümid Tv Azərbaycan

ÖNCEKİ HABER

Azərbaycan Prezidentinin köməkçisi İran səfiri ilə görüşüb

SONRAKİ HABER

Milli Məclisin Regional məsələlər komitəsinin payız sessiyanın iş planı təsdiqlənib